Entoni D. Smit

Entoni D. Smit
Entoni Deyvid Stefan Smit (ing. Anthony David Stephen Smith)
Doğum tarixi
Doğum yeri London, İngiltərə
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri London, İngiltərə
Vətəndaşlığı İngiltərə
Milliyyəti İngilis
Elm sahələri Tarix
Sosiologiya
Tarixi sosiologiya
Elmi adı Professor
İş yerləri London İqtisadiyyat Məktəbi
Təhsili Oksford Universiteti
London İqtisadiyyat Məktəbi
Elmi rəhbəri Ernest Gellner
Mühüm layihəsi Akademik Muxtariyyət Şurası

Entoni Deyvid Stefan Smit (23 sentyabr 1939[1][2], London19 iyul 2016[1][2], London) — britaniyalı tarixi sosiologiya mütəxəssisi. Vəfat etdiyi zaman London İqtisadiyyat Məktəbində millətçilik və etnik mənsubiyyət üzrə professor emeritus olmuşdur.[3] O, millətçilik elmləri sahəsində disiplinlərarasılığın banilərindən biri hesab edilir.

Smit ilk dərəcəsini Oksford Universitetində almışdır. O, burada klassik dövr və fəlsəfə üzrə təhsil almışdır. Doktorantura təhsilini isə London İqtisadiyyat Məktəbində sosiologiya sahəsində müdafiə etmişdir. O, Etnik mənsubiyyət və Millətçilik Araşdırmaları Assosiasiyasının ilk prezidentidir.

  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. Hutchinson, John. "Professor Anthony Smith". London School of Economics. 22 July 2016. 31 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2016.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy